Online ödəmə
Pasiyentlər üçün

Xəstəxana qaydaları

Stasionar qəbul, ziyarət saatları, xəstəxana daxili davranış qaydaları və pasiyent hüquqları bir yerdə.

18-20
Ziyarət
11
Qaydalar
5
Hüquqlar
Ziyarət saatı18:00-20:00
Otağa giriş2 nəfərə qədər
SənədlərŞəxsiyyət vəsiqəsi
01Daxili qaydalar

Xəstəxana qaydaları

  1. 01

    Xəstə, müayinə olduqdan sonra onun üçün planlaşdırılmış müalicəni rədd etdiyi zaman, yarana biləcək fəsadlar haqqında həkim tərəfindən məlumatlandırılır. Xəstə təkid edərsə, bu zaman bütün məsuliyyət xəstəyə aid olur.

  2. 02

    Xəstəxanamızda müalicə müddətində kənardan qida məhsullarının gətirilməsi sağlamlıq baxımından qadağandır. Yalnız xüsusi hallarda müalicə həkimi və xəstəxana dietoloqunun icazəsi ilə istisna edilə bilər.

  3. 03

    Stasionar müalicəyə daxil olarkən pul və zinət əşyalarınızı özünüzlə gətirməyin. İtən əşyalara görə xəstəxana məsuliyyət daşımır.

  4. 04

    Xəstələrlə ziyarət saatları həftənin bütün günləri 18:00-20:00 olaraq müəyyən edilmişdir.

  5. 05

    Görüş zamanı xəstə otağına eyni vaxtda 2 nəfərdən artıq şəxsin daxil olmasına icazə verilmir.

  6. 06

    Xəstə yanında qalan şəxs müəyyən edilmiş miqdarda ödəniş edir və həmin şəxsin qidalanması ödənilən məbləğə daxildir. Əlavə olaraq xəstə yaxını xəstəxananın yeməkxanasından ödənişli istifadə edə bilər.

  7. 07

    Xəstə yaxınının otaqda qalma müddəti səhər saat 11:00-da bitmək şərti ilə 1 gün hesablanır.

  8. 08

    Stasionar müalicəyə daxil olmuş xəstə qaldığı bütün müddət ərzində xəstəxana tərəfindən geyim və lazımi şəxsi gigiyena vasitələri ilə təmin edilir.

  9. 09

    Əməliyyatdan sonra xəstə evə yazıldıqdan sonra ilk müayinə və sarğı ödənişsizdir.

  10. 10

    Xəstəyə arayış, bülleten və ya klinikamızda müalicə alması ilə bağlı hər hansı sənədin verilməsi üçün şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

  11. 11

    Xəstəxana daxilində, otaqlarda və palatalarda siqaret çəkilməsi və alkoqollu içkilərin qəbul edilməsi qəti qadağandır.

02Hüquq və vəzifələr

Xəstə və xəstə yaxınlarının hüquqları

  1. 01

    Xəstə və xəstə yaxınları istənilən vaxt xəstəxanamızda aldığı xidmətlər haqqında detallı məlumat ala bilər.

  2. 02

    Xəstə aldığı müalicə, keçdiyi fizikal, instrumental və laborator müayinələrin nəticələrinin surətini istədiyi vaxt götürə bilər.

  3. 03

    Xəstə və ya ödəyən xəstə yaxını xəstəxanaya ödədiyi məbləğin açıq hesab fakturasını hər mərhələdə tələb edə bilər.

  4. 04

    Xəstə müalicə dövründə başqa bir müalicə mərkəzinə köçürülməsini tələb edə bilər.

  5. 05

    Xəstə şikayət, təklif və iradlarını azad şəkildə bildirmək hüququna malikdir və xəstəxana bunun üçün bütün imkanları yaratmışdır.