Online ödəmə
Haqqımızda

Klinika haqqında

Mediland Hospital 2014-cü ildən fəaliyyət göstərən geniş profilli tibbi mərkəzdir.

Klinika haqqında

Mediland Hospital

Mediland Hospital 2014-cü ildən fəaliyyət göstərir. Hospital tibbin bütün yeniliklərini özündə cəmləyən yüksək səviyyəli xidmət təqdim edir.

Diaqnostika bölümündə komputer tomoqrafiya, angioqrafiya, maqnit rezonans tomoqrafiya, rentgen, ultrasəs-doppler müayinəsi, elektrokardioqrafiya, holter, exokardioqrafiya, tredmil test, endoskopiya, kolonoskopiya, elektromioqrafiya, elektroensefaloqrafiya, endoskopik rinoskopiya, göz müayinəsi, spirometriya və digər xidmətlər peşəkar mütəxəssislər tərəfindən aparılır.

Mütəxəssislərimizin əksəriyyəti Türkiyə, Rusiya, İtaliya və başqa xarici ölkələrdə təhsil almışdır. Çoxfunksiyalı laboratoriyamızda ümumi, biokimyəvi, patohistoloji, mikrobioloji və digər laborator müayinələr həyata keçirilir.

Xəstəxanada bütün növ cərrahi əməliyyatlar açıq, endoskopik və laparoskopik üsullarla icra edilir. Təcili yardım komandamız 7/24 formatda xidmətinizdədir. Keyfiyyətli tibbi xidmət Mediland Hospitalın əsas meyarlarından biridir.

Fəaliyyət göstərən şöbələr

Geniş profilli xidmət strukturu

İnvaziv Kardiologiya
Ortopediya-Travmatologiya
Dermatologiya və Kosmetologiya
Nefrologiya
Konservativ Kardiologiya
Endokrinologiya
LOR
Urologiya
Oftalmologiya
Qastroenterologiya
Nevrologiya
Terapiya
Pediatriya
Fizioterapiya və Reabilitasiya
Kardiocərrahiyyə
Neyrocərrahiyyə
Ümumi cərrahiyyə
Plastik, Estetik və Rekonstruktiv cərrahiyyə
Göz cərrahiyyəsi
Ginekologiya
Kök hüceyrə laboratoriyası
Kök hüceyrə müalicəsi
Dializ

Keyfiyyət əsas meyardır

Mediland Hospitalda müasir diaqnostika, laboratoriya, cərrahiyyə və 7/24 təcili yardım xidməti vahid tibbi koordinasiya ilə təşkil olunur.