Online ödəmə
Haqqımızda

Əliyeva Günel Teymur qızı

2017-ci ilin dekabr ayından Mediland Hospitalın baş həkimidir.

Rəhbərlik

Əliyeva Günel Teymur qızı

Baş həkim

Təhsili

  • 1995-2001-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetindən məzun olmuşdur.
  • 2001-2002-ci illərdə Bakı şəhəri Musa Nağıyev adına T.T.Y.X-da anesteziologiya-reanimatologiya ixtisası üzrə internatura kursunu bitirmişdir.
  • 2003-cü ildə Van 100-cü Yıl Universiteti Anestezioloji və Reanimasyon anabilim dalında ixtisasartırma kursu keçmişdir.
  • 2006-cı il Erzurum Universiteti Tibb fakültəsi Anesteziologiya və Reanimasyon anabilim dalında regionar anesteziya kursu keçmişdir.
  • 2011-ci il Kayseri Erciyes Universiteti Tibb fakültəsi Anestezioloji və Reanimasyon bölümündə təcrübə kursunda olmuşdur.
  • 2015-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitutunda təkmilləşmə kursu keçmişdir.
  • 2016-cı ildə İzmir şəhərində Yoğun Bakım Dərnəyinin nəzdində təşkil olunmuş bronxoskopiya kursu keçmişdir.
  • 2010-2018-ci illərdə Anesteziologiya və Reanimatologiya ixtisası üzrə müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir.

İş təcrübəsi

  • 2003-2008-ci illərdə RUKX-da reanimatoloq vəzifəsində işləmişdir.
  • 2006-2016-cı illərdə N.Tusi adına klinikada anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərmişdir.
  • 2009-2016-cı illərdə N.Tusi adına klinikanın ARİT şöbəsinin müdiri vəzifəsində işləmişdir.
  • 2016-2018-ci illərdə Mediland Hospitalda Anesteziologiya Reanimasiya şöbəsinin müdiri vəzifəsində işləmişdir.
  • 2017-ci ilin dekabr ayından Mediland Hospitalın baş həkimi vəzifəsinə təyin olunub.